Boston və ətrafında yaşayanlar üçün çox dəyərli, amma hələ də az bilinən bir mövzu var: maker space-lər.
Əgər sən:
- öz məhsulunu yaratmaq
- Etsy və Amazon-da satış etmək
- yeni skill öyrənmək
- gələcəkdə kiçik biznes qurmaq
istəyirsənsə, maker space-lər sənin üçün böyük fürsət ola bilər.
Maker Space nədir?
Maker space, insanların müxtəlif alətlərdən istifadə edib məhsul hazırladığı, öyrəndiyi və prototip yaratdığı ortaq iş mühitidir. Bu yerlər sadəcə hobbi üçün deyil.

Burada öyrəndiklərinlə sən:
Öz məhsulunu yarada bilərsən
- custom nömrə çərçivəsi
- dekor məhsulları
- aksesuarlar
- hədiyyə məhsulları
Etsy və Amazon biznesi başlada bilərsən
- handmade məhsullar
- personalizasiya məhsulları
- print-on-demand ilə birlikdə fiziki məhsullar
Sonra evdə davam edə bilərsən
- əvvəl maker space-də öyrənirsən
- sonra qaraj və ya ev setup qurursan
- xərcləri minimuma endirirsən
Artisan’s Asylum
Boston bölgəsində ən məşhur maker space-lərdən biridir. Bu link vasitəsilə sayta daxil olub daha ətraflı məlumat ala bilərsiniz.

Nələr var?
- Woodworking
- Metal shop
- 3D printing
- Laser cutting
- Electronics
Qiymət:
Təxminən aylıq $120 – $240 ödəyərək dərslərə qoşula bilər və bu maker space istifadə edə bilərsiz.
Boston Makers
Boston Maker kiçik amma çox aktiv comunity sahib maker space dir. Bu link üzərindən sayta daxil ola və daha çox məlumat ala bilərsiz.
Nələr var?
- 3D printer
- Laser cutter
- Sewing (tekstil)
- Electronics
Qiymət:
Aylıq $50 ödəyərək bu maker space istifadə edə bilərsiz.
Yeni başlayanlar üçün çox yaxşı seçimdir.

Cambridge Hackspace
Engineer və startup ruhlu insanların toplandığı mühit. Bu link üzərindən daha çox məlumat ala bilərsiz.
Nələr var?
- CNC maşınlar
- Laser cutter
- Electronics lab
- 3D printer
Qiymət:
Aylıq $50 – $100 ödəyərək bu maker space istifadə edə bilərsiz.

Hatch Makerspace
Kitabxana daxilində yerləşən maker space. Bu link üzərindən məlumat ala bilərsiz.

Nələr var?
- 3D printer
- Laser cutter
- Vinyl cutter
- Sewing
Qiymət:
Çox vaxt pulsuz və ya çox ucuz
Revolution Makerspace
Daha ciddi istehsal və prototip yönümlü məkan. Bu link-ə daxil olaraq daha çox məlumat ala bilərsiz.

Nələr var?
- Wood shop
- Metal tools
- Prototyping
Qiymət:
Aylıq təxminən $100+ ödəyərək bu maker space istifadə edə bilərsiz.
Framingham Makerspace
Community əsaslı və rahat giriş sistemi olan maker space.
Bu link-ə daxil ol, ətraflı məlumat al.
Ən fərqli xüsusiyyəti
24/7 giriş imkanı
Nələr var?
- Woodworking
- Metal tools
- Electronics
- 3D printing
- DIY alətləri
Qiymət:
Aylıq təxminən $50 – $100 ödəyərək bu maker space istifadə edə bilərsiz.

Kimlər üçün uyğundur?
Bu yerlər xüsusilə:
- Etsy satıcıları
- Amazon məhsul qurmaq istəyənlər
- startup ideyası olanlar
- DIY sevənlər
- yeni skill öyrənmək istəyənlər
üçün əladır.
Nəticə
Boston-da biznes başlamaq üçün həmişə böyük ofis və böyük kapital lazım deyil.
Bəzən sadəcə bir alət, bir ideya, bir maker space üzvlüyü yetərlidir.
Əgər məhsul yaratmaq və öz yolunu qurmaq istəyirsənsə, maker space-lər Boston-da ən ağıllı başlanğıclardan biridir.

