Amerikan ordusunda özünü öldürən Azərbaycanlı

Yazıya başlamazdan əvvəl onun üçün Allahdan rəhmət diləyirəm. Belə olmasını heç kim istəməzdi. Kaş ki ətrafımızdakı insanlara qarşı daha diqqətli olub, onların bu cür addım atmasının qarşısını ala bilsək.

Şəxsən onu tanımırdım. Amma bildiyim qədəri ilə orduya qatılarkən National Guard-ın nə olduğunu bilmirmiş və recruiter ilə görüşdükdən sonra 6 illik Active Duty əsgəri olaraq U.S. Army-də müqavilə imzalayıb.

Mənim bu bloqu açmaqda tək məqsədim informasiya bolluğu olan bu internetdə spesifik olaraq azərbaycanlıların getdiyi yollardan daha əvvəl keçmiş insanların təcrübələrini paylaşmaqdır.

Özünə uyğun olmayan xidmət növü ilə 6 illik müqavilə imzaladıqdan sonra ilk olaraq Army-nin ingilis dili məktəbinə gedib. Adı “school” olsa da, hərbi rejim elə oradan başlayır.

Daha sonra Basic Training-ə gedib.

Baxın, dünyanın ən güclü ordusu da olsa, ordu ordudur. Çətindir. Bu qədər insanın bir yerdə olduğu mühitdə gərginlik, dava və başqa problemlər də ola bilir. Onunla birlikdə xidmət edən əsgərlərdən öyrəndiyim qədəri ilə Basic Training onun üçün çətin keçməyib.

Daha sonra AIT-yə gedib və burada, anladığım qədəri ilə, artıq mental olaraq çətinlik çəkməyə başlayıb. Tez-tez əsəbiləşdiyini, oxuya bilmədiyini və başqa çətinliklər yaşadığını Drill Sergeant-lara deyirmiş.

İki dəfə “recycle”, yəni sinif təkrarı olub və daha sonra mental health problemləri səbəbindən honorable discharge ilə ordudan ayrılıb.

Bu, ordudan pis şəkildə atılmaq demək deyil. Mental sağlamlığına görə ordudan kənarlaşdırılıb və bu vəziyyət onun mülki həyatına mənfi təsir edəcək bir discharge növü deyil. Yəni əslində ordudan ayrılmaqla istədiyi şeyi edib.

Daha sonra Azərbaycana gedib və həyatına son verib.

Buradan çıxarmalı olduğumuz dərs

Qısaca, buradan çıxarmalı olduğumuz əsas dərs budur: çalışın özünüzü tanıyın və özünüzə uyğun olanı seçin. Yüz ölçün, bir biçin.

Xaricdə yaşamaq çətindir və bəzən insanların həyatına belə başa gələ bilir.

Mən bu “Amerikan ordusu roadmap”ini sizi orduya qatılmağa təşviq etmək üçün yazmıram. Əgər qatılacaqsınızsa, məqsədim bunu necə özünüzə uyğun və faydalı şəkildə edə biləcəyiniz barədə bildiklərimi paylaşmaqdır.

Amerikan ordusu mental break vermək və ya həyatınızı toparlamaq üçün girməli olduğunuz yer deyil. İçinizdə nə varsa, orada daha da üzə çıxa bilər. Əgər disiplinli bir insansınızsa, orduda bu xüsusiyyətiniz daha da inkişaf edə bilər. Yox, əgər başqa problemləriniz varsa, onlar da daha çox özünü göstərə bilər.

Qısaca, kaş belə olmazdı. Amma olub və artıq bizim edə biləcəyimiz şey bundan sonrakılar üçün dərs çıxarmaqdır.