Amerikada öz biznesini qurmaq istəyən bir çox insanın qarşısında eyni problem dayanır:
“Haradan başlayım və səhv etmədən necə irəliləyim?”
Əgər sənin də bir ideyan varsa, amma onu necə həyata keçirəcəyini bilmirsənsə, SCORE Boston kimi təşkilatlar bu yolda sənə real dəstək verə bilər.
SCORE nədir?
SCORE, ABŞ-da fəaliyyət göstərən və kiçik biznes qurmaq istəyənlərə pulsuz mentorluq və təlim dəstəyi təqdim edən böyük bir təşkilatdır.
Ən vacib xüsusiyyətləri:
- Tamamilə pulsuzdur
- Mentorlar real biznes sahibləri və təcrübəli menecerlərdir
Qeydiyyat: https://www.score.org/boston/local-mentors

1:1 mentorluq, ən güclü tərəfi
SCORE-un ən dəyərli hissəsi şəxsi mentorluq sistemidir. Sizə uyğun mentor təyin olunur və o ideyanızı dinləyir, səhvlərinizi göstərir, doğru istiqamət verir. Bu, xüsusilə yeni başlayanlar üçün çox böyük üstünlükdür.
Biznes planını qur
Mentor sizinlə birlikdə ideyanızı strukturlaşdırır:
- Idea → real biznesə çevrilir
- bazar analizi aparılır
- rəqiblər müəyyən olunur
Beləliklə, siz plansız yox, strateji şəkildə irəliləyirsiniz.

Strategiya və inkişaf
SCORE vasitəsilə siz öyrənirsiniz:
- necə müştəri tapmaq
- satışları necə artırmaq
- brendi necə qurmaq
Bu biliklər biznesin ən kritik hissəsidir.
Workshop və təlimlər
SCORE həm də müxtəlif mövzularda təlimlər təşkil edir:
- Marketing
- Finance
- E-commerce
- Branding
Bu workshop-lar həm online, həm də Boston-da offline keçirilə bilər.

Maliyyə tapmaq
SCORE-un az bilinən, amma çox dəyərli tərəflərindən biri də budur:
Mentor sizə kömək edir:
- grant tapmaq
- kredit imkanlarını anlamaq (məsələn, Kiva)
- investorlarla əlaqə qurmaq
Bu isə startap qurmaq istəyənlər üçün böyük fürsətdir.
Nəticə
Əgər siz biznes qurmaq istəyirsiniz amma haradan başlayacağınızı bilmirsiniz və riskləri azaltmaq istəyirsiniz, SCORE sizin üçün sadəcə bir təşkilat deyil, real biznes bələdçisidir. Pulsuz olması isə bu fürsəti daha da dəyərli edir.

