Amerikada yeni həyat qurarkən bir çox insan eyni şeyi düşünür:
“Qısa zamanda necə yaxşı maaşlı və stabil iş tapa bilərəm?”
Əgər sən də uzun müddət oxumadan, praktik və tez nəticə verən bir sahə axtarırsansa, CNC və machining sahəsi çox güclü seçimdir.

Center for Manufacturing Technology
Bu sahəni öyrənmək üçün Amerikada məşhur təlim mərkəzlərindən biri də Center for Manufacturing Technology-dir. Bu mərkəzin əsas üstünlüyü heç bir təcrübə olmadan başlaya bilməyinizdir. Yəni sən sıfırdan başlayıb, qısa müddətdə istehsalat sahəsində işləyə biləcək səviyyəyə çata bilərsən.

CNC və machining nədir?
CNC (Computer Numerical Control) və machining sahəsi:
- metal və digər materialların işlənməsi
- dəqiq ölçülərlə hissələrin hazırlanması
- istehsalat və zavod sistemlərində işləmə
kimi işləri əhatə edir.
Bu sahə Amerikada çox tələb görür və real skill = real pul modelidir.
Qısa müddətdə praktik öyrənmə
Kurslar həm nəzəri, həm də praktik şəkildə keçirilir. Ən vacib hissə isə, siz real maşınlarla işləyərək öyrənirsiniz. Bu da sizi birbaşa iş mühitinə hazır edir.

Pulsuz öyrənmək şansı
Bəzi proqramlar, grant (dövlət və ya təşkilat dəstəyi) ilə pulsuz olur. Bu isə xüsusilə yeni gələnlər üçün böyük fürsətdir.
Hansı işlərə başlaya bilərsiniz?
Bu proqramı bitirdikdən sonra aşağıdakı rollarda işləmək mümkündür:
- CNC Operator
- Machinist
Bu işlər stabil gəlir verir, yüksək tələbat var və inkişaf imkanları genişdir.

Qeydiyyat və sosial media
Ətraflı məlumat və qeydiyyat üçün link-ə daxil olun
Instagram üçün bu link-ə daxil olun.
Nəticə
Əgər sən qısa müddətdə peşə öyrənmək, Amerikada tez iş tapmaq və texniki sahədə stabil gəlir əldə etmək istəyirsənsə, CNC və machining sahəsi çox ağıllı seçimdir. Center for Manufacturing Technology isə bu yolda praktik və real başlanğıc nöqtəsi ola bilər.

