Amerikada texnologiya sahəsinə daxil olmaq istəyən bir çox insanın qarşısında əsas maneə təhsil haqqı və haradan başlamaq problemi olur. Amma elə proqramlar var ki, bu problemi tamamilə aradan qaldırır. Onlardan biri də Per Scholas-dır.
Per Scholas
Per Scholas ABŞ-da fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi insanlara texnologiya sahəsində karyera qurmaq üçün pulsuz və praktik təhsil verməkdir. 25 ildən artıq fəaliyyət göstərən bu qurum minlərlə insanın həyatını dəyişərək onların yüksək maaşlı IT işlərinə daxil olmasına kömək edib.

Tamamilə pulsuz və praktik təhsil
Per Scholas-un ən böyük üstünlüyü:
proqramların tamamilə ödənişsiz olmasıdır
Burada siz:
- texniki biliklər öyrənirsiniz
- real layihələr üzərində işləyirsiniz
- işə hazır bacarıqlar qazanırsınız
Sadəcə kurs deyil, tam karyera dəstəyi
Bu proqram sizi yalnız öyrətmir, həm də işə hazırlayır.CV hazırlayırsınız,mock interview-larda iştirak edirsiniz və iş axtarışı strategiyalarını öyrənirsiniz.
Bununla yanaşı, mentor dəstəyi və karyera yönləndirməsi də təqdim olunur.

Şəxsi inkişaf və həyat balansı
Per Scholas yalnız texniki biliklərə fokuslanmır. Eyni zamanda siz, maliyyə planlaşdırması, şəxsi məqsədlərin qurulması və həyat balansının qorunması kimi mövzularda da dəstək alırsınız.
Güclü əlaqə şəbəkəsi
Proqramın ən güclü tərəflərindən biri də geniş şəbəkəsidir:
- 25,000+ məzun
- 850+ işəgötürən tərəfdaş
Bu isə o deməkdir ki, siz real iş imkanları ilə birbaşa əlaqələndirilirsiniz.

Kurslar və istiqamətlər
Təlimlər intensiv və praktik yönümlüdür.
Məsələn, Boston bölgəsində, proqramlar təxminən 15 həftə davam edir
Sahələr:
- IT Support
- Cybersecurity
- Data Analysis
- Salesforce
Bundan əlavə CompTIA, Microsoft Power BI və Salesforce kimi sertifikatlara hazırlaşmaq imkanı da var.
Qeydiyyat
Boston üçün müraciət etmək istəyirsinizsə bu link daxil olun.
Nəticə
Əgər siz IT sahəsinə daxil olmaq, pulsuz təhsil almaq və qısa müddətdə iş tapmaq istəyirsinizsə, Per Scholas sizin üçün ən güclü imkanlardan biridir. Bu proqram sadəcə kurs deyil, tam bir karyera başlanğıcıdır.

