ACFT Nədir? ABŞ Ordusuna Fiziki Hazırlıq

ACFT nədir?

ACFT (Army Combat Fitness Test) ABŞ Ordusunun əsas fiziki testidir. Bu test adətən Basic Combat Training-in (BCT) son həftəsində verilir. Məqsəd, əsgərin real döyüş şəraitinə uyğun fiziki səviyyəsini ölçməkdir.

ACFT-də hansı hərəkətlər var?

ACFT 6 hissədən ibarətdir:

  • 3 Rep Max Deadlift (3RM Deadlift)
    – Güc testi (ştanq ilə 3 təkrar maksimum)
  • Standing Power Throw (SPT)
    – Arxaya doğru top atışı
  • Hand-Release Push-Up (HRP)
    – Xüsusi qaydada push-up
  • Sprint-Drag-Carry (SDC)
    – Qaçış + sürükləmə + ağırlıq daşıma
  • Plank
    – Core (qarın və bel) dözümlülüyü
  • 2 Mile Run (~3.2 km)
    – Kardio və dözümlülük

Normativlər necədir?

Minimal keçid üçün hər hərəkətdən müəyyən bal toplamalısınız. Ümumi olaraq:

  • Minimum keçid: ~360 bal (hər hərəkətdən 60 bal)
  • Maksimum: 600 bal

ACFT üçün minimal və maksimal göstəricilər:

Deadlift: minimum 170 lb, maksimum 340 lb
Push-up: minimum 15
Sprint-Drag-Carry: 2 dəqiqə
Plank: minimum 1 dəqiqə 30 saniyə
2 mile run: 22 dəqiqə

Civil həyatda ACFT-ə necə hazırlaşmaq olar?

ACFT üçün hazırlıq = Güc + Kardio + Dözümlülük + Partlayıcı hərəkətlər

Güc məşqləri

  • Deadlift
  • Squat
  • Bench Press
  • Overhead Press
  • Bendover Row
  • Pull Ups
  • Dips

Kardio (qaçış)

  • Hər məşqdən sonra 1 mile qaçmaq
  • Həftədə 1-2 dəfə uzun qaçış (2–3 mile)
  • Interval qaçış (sprint + yavaş qaçış)

ACFT hərəkətlərinə uyğun məşqlər

  • Medicine ball throw
  • Push-up
  • Farmer’s carry
  • Sled push/pull
  • Plank
  • Lunge
  • Hanging leg raise
  • Sit-ups

Nəticə

BCT-ə gedənə qədər bu hərəkətləri müntəzəm etsən, ACFT-ni rahat keçəcəksən.