Ordu yolu ilə vətəndaşlığa erkən müraciət

ABŞ Ordusuna qoşulduqdan sonra əldə etdiyiniz ən böyük üstünlüklərdən biri 5 il gözləmədən vətəndaşlığa müraciət etmək imkanıdır. Əgər siz artıq ordu ilə müqavilə imzalamısınızsa, bu sizə N-400 formasını dərhal doldurub təqdim etməyə şərait yaradır və bu proses üçün vətəndaşlıq rüsumu da ödəmirsiniz.

N426 və N400 Nədir?

Əgər sizin ship date (Basic Training-ə gediş tarixiniz) uzaqdırsa, RSP sergentiniz çox vaxt bir ay ərzində N-426 formasını hazırlayıb sizə təqdim edir. Bu sənəd sizin hərbi xidmətə bağlı olduğunuzu təsdiqləyir və məhz bu forma sayəsində siz 5 il gözləmədən vətəndaşlığa müraciət edə bilirsiniz. N-426-nı əldə etdikdən sonra N-400 formasını doldurub göndərirsiniz. Adətən müraciətdən dərhal sonra receipt notice gəlir və təxminən 20–30 gün ərzində biometrics üçün çağırılırsınız. Bu mərhələdə poçtla sənədin gəlməsini gözləməyə ehtiyac yoxdur, onu sistemdən çıxarıb çap edib birbaşa təqdim edə bilərsiniz.

ABŞ vətəndaşı olmaq

Daha sonra proses interview və ardınca ceremony mərhələsi ilə davam edir və bu mərasimdən sonra siz rəsmi olaraq ABŞ vətəndaşı olursunuz. Əgər ship date yaxınlaşdığı üçün prosesi tamamlaya bilməsəniz belə, yenə də müraciət etməyiniz tövsiyə olunur. Bu halda ship date-ə təxminən 14 gün qalmış ünvan dəyişikliyi edib gedəcəyiniz US Army bazasının ünvanını qeyd edə bilərsiniz. Bu zaman sizin müsahibəniz həmin bazaya yaxın ərazidə keçiriləcək və çox vaxt Basic Training və ya AIT dövründə artıq vətəndaş olursunuz.Vətəndaşlıq prosesi zamanı sizi çox vaxt hərbi maşınla və yanınızda bir sergentlə aparırlar.

N-426 formasından əlavə olaraq contract və military ID kimi sənədləri də əlavə etmək faydalıdır. N-400 formasını doldurarkən sualları diqqətlə oxumaq, düzgün və dəqiq cavab vermək və lazım gələrsə əlavə sübut sənədləri təqdim etmək vacibdir.

Ailə Birləşməsi: ABŞ-da Yaxınlarınızı Necə və Nə Qədər Zamanda Gətirə Bilərsiniz

Ata və ananızı təxminən 1 il ərzində Amerikaya gətirib Green Card almalarına kömək edə bilərsiniz. Onlar 5 il yaşadıqdan sonra vətəndaşlıq ala bilərlər və daha sonra bacı-qardaşlarınız üçün Green Card müraciəti edə bilərlər. Bu proses də təxminən 1–2 il çəkə bilər. Ümumilikdə, təxminən 7 il ərzində bütün ailənizi gətirmək mümkündür. Həyat yoldaşınızı və öz uşaqlarınızı isə 6 ay–1 il ərzində gətirə bilərsiniz.

Nəticə

Ümumilikdə, ordu yolu ilə vətəndaşlıq əldə etmək ən sürətli və ən sərfəli yollardan biridir və düzgün yanaşma ilə bu prosesi qısa müddətdə uğurla tamamlamaq mümkündür.