Boston-da YouTube kanalı, podcast və ya videocast başlamaq istəyirsən, amma belə düşünürsən:
- kamera almaq bahadır
- studiya qurmaq çətindir
- avadanlıq çox xərc tələb edir
Yaxşı xəbər budur ki, Boston-da bunun üçün həm pulsuz, həm də çox sərfəli studiyalar mövcuddur.
Yəni sən sadəcə rezerv edib gedə, professional content çəkə bilərsən.
🎥 Cambridge Community Television
Bu yer content creator-lar üçün çox yaxşı seçimdir. Təxminən illik $25–$50 ödəyərək burdan dərslər ala və studio kiralaya bilərsiz.
Bu link-ə daxil olaraq daha ətraflı məlumat ala bilərsən.
Nələr var?
- Professional kamera
- İşıq sistemi
- Mikrofonlar
- Video və podcast studiyası
Necə işləyir?
- Saytda qeydiyyatdan keçirsən
- Qısa training alırsan
- Studiyanı online rezerv edirsən
- Gedib çəkiliş edirsən
Professional videocast və YouTube content üçün idealdır.

🎧 Cambridge Public Library The Hive
Pulsuz başlamaq istəyənlər üçün ən güclü variantlardan biridir. Tam pulsuzdur. Daha detaylı məlumat almaq üçün bu link-ə daxil olun.
Nələr var?
- Podcast studiyası
- Video çəkiliş imkanı
- Mikrofon və kamera
Necə işləyir?
- Library card alırsan
- Qısa orientation keçirsən
- Studiyanı rezerv edirsən
- Gedib content çəkirsən
Büdcəsiz başlamaq istəyənlər üçün əla seçimdir.

📚 Boston Public Library
Boston Public Library də media imkanları təqdim edir. Bu link-ə daxil olub daha çox məlumat ala bilərsiz. Tam pulsuzdur.
Nələr var?
- Podcast otaqları
- Mikrofonlar
- Recording sistemi
Necə işləyir?
- Library card alırsan
- Media studiyasını tapırsan
- Online rezerv edirsən
- Gedib səsyazma edirsən
🎥 Somerville Media Center
Bir az daha professional və geniş imkan istəyənlər üçün. İllik təxminən $115 ödəyərək bu xidmətdən yararlana bilərsiz.
Bu link-ə daxil olaraq daha ətraflı məlumat al.
Nələr var?
- Video studiya
- Podcast otağı
- Kamera + işıq + mikrofon
- Editing proqramları
Hətta bəzi avadanlıqları kiralamaqda mümkündür.
Necə işləyir?
- Membership alırsan
- Orientation keçirsən
- Training alırsan
- Rezervasiya edirsən
- Gedib çəkiliş edirsən

Kimlər üçün uyğundur?
Bu yerlər xüsusilə:
- YouTube başlamaq istəyənlər
- Podcast qurmaq istəyənlər
- Videocast çəkmək istəyənlər
- Bahalı avadanlıq almaq istəməyənlər
- Personal brand yaratmaq istəyənlər
üçün idealdır.
Nəticə
Boston-da content creator olmaq üçün artıq minlərlə dollar xərcləməyə ehtiyac yoxdur. Bəzən sadəcə bir rezervasiya, bir mikrofon, bir ideya yetərlidir. Əgər başlamaq istəyirsənsə, bu şəhər sənə artıq imkan yaradıb.

