US Army RSP (Recruit Sustainment Program) nədir?
ABŞ Ordusuna qoşulmaq üçün müqavilə imzaladıqdan sonra hərbi xidmət dərhal başlamır. Əsgər namizədləri Basic Combat Training (BCT)-ə yola düşəcəkləri tarixə qədər xüsusi hazırlıq proqramında iştirak edirlər. Bu proqramın adı RSP, Recruit Sustainment Programdır.
RSP ayda bir dəfə, bir həftəsonu ərzində iki ardıcıl gün keçirilən məcburi hazırlıq proqramıdır. Bu proqram adətən ABŞ Ordusunun bazasında təşkil olunur və məqsədi namizədləri fiziki, psixoloji və intizam baxımından basic training-ə hazırlamaqdır.

RSP-nin məqsədi
RSP proqramının əsas məqsədləri:
- Ordu intizamını və qaydalarını öyrətmək
- Drill və mərasim bacarıqlarını inkişaf etdirmək
- Fiziki hazırlıq səviyyəsini artırmaq
- ACFT (Army Combat Fitness Test) olan ABŞ Ordusunun fiziki testinə hazırlamaq
- Basic Training zamanı qarşılaşılacaq dərslərlə ilkin tanışlıq yaratmaq
- Komanda işi və hərbi mədəniyyəti formalaşdırmaq
Bu mərhələdə Ordu sizdən nə gözlədiyini açıq şəkildə izah edir və eyni zamanda sizə təqdim etdiyi imkanları: karyera, təhsil, intizam və inkişaf perspektivlərini göstərir.
RSP-nin 3 mərhələsi
RSP proqramı üç əsas mərhələdən ibarətdir: Red Phase, White Phase və Blue Phase.
Red Phase (Qırmızı mərhələ)

Red Phase ilk həftəsonu başlayır. Bu mərhələ giriş və ilkin tanışlıq mərhələsidir.
- Bu mərhələdə:
- Ordu qaydaları və gözləntilər izah olunur
- Hərbi intizamın əsasları öyrədilir
- Sıra düzülüşü və komanda anlayışı təqdim olunur
- Fiziki vəziyyət ilkin olaraq qiymətləndirilir
- Ordu həyatının necə olacağı barədə ümumi məlumat verilir
Red Phase-in əsas məqsədi namizədin sistemə uyğunlaşmasına kömək etmək və onu hərbi mühitə psixoloji cəhətdən hazırlamaqdır.
White Phase (Ağ mərhələ)

White Phase, Red Phase-dən sonra başlayır və yola düşmə tarixindən təxminən 1 ay əvvələ qədər davam edir.
Bu mərhələdə hazırlıq daha ciddi və sistemli olur.
White Phase zamanı:
- PT (fiziki məşq) daha intensiv olur
- ACFT üçün hazırlıq və sınaq testləri keçirilir
- Basic Training-də keçiriləcək bəzi dərslər əvvəlcədən öyrədilir
- Hərbi əsas biliklər tədris olunur
- Drill təlimi daha peşəkar səviyyəyə çatdırılır
- Komanda oyunları və teamwork fəaliyyətləri keçirilir
White Phase fiziki və psixoloji baxımdan ən aktiv mərhələlərdən biridir. Məqsəd namizədi Basic Training-ə minimum çətinliklə keçid edəcək səviyyəyə çatdırmaqdır.
Blue Phase (Mavi mərhələ)

Blue Phase son mərhələdir və yola düşmə tarixinə yaxın keçirilir.
Bu mərhələdə fiziki yüklənmə əvvəlki mərhələyə nisbətən azalır və daha çox məlumatlandırma və inzibati hazırlığa fokuslanılır.
Blue Phase zamanı:
- Yola düşmə (ship date) prosesi ətraflı izah olunur
- Basic Training-də sizi nə gözlədiyi müzakirə edilir
- Sənədləşmə və prosedurlar tamamlanır
- Son fiziki yoxlamalar aparıla bilər
- Psixoloji hazırlıq və motivasiya ön plana çıxarılır
Bu mərhələnin məqsədi namizədi Basic Training üçün həm zehni, həm də inzibati baxımdan tam hazır vəziyyətə gətirməkdir.
RSP haqqında öyrənməli olduğunuz hər şey bu YouTube pleylistində mövcuddur.

RSP proqramı niyə vacibdir?
RSP proqramı Basic Combat Training-ə keçidi daha asan edir. Basic Training-ə birbaşa gedən namizədlərlə müqayisədə, RSP-ni tamamlayanlar:
- Daha intizamlı olur
- Fiziki cəhətdən daha hazır olur
- Ordu terminologiyasını anlayır
- Komanda strukturuna uyğunlaşmış olur
- Stressə daha davamlı olur
Əslində, bu proqram hərbi həyata yumşaq keçid mərhələsi rolunu oynayır.

