ABŞ Ordusu müqaviləsindən əvvəl diqqət ediləcək məqamlar

MOS seçimi

Ən vacib məsələ MOS seçimidir. Seçdiyiniz MOS kodunun kontraktda düzgün yazıldığını mütləq yoxlayın. Həmin MOS kodunu Google-da axtarıb Army səhifəsində yoxlayın və bu MOS üçün bonus olub-olmadığını araşdırın. Bonuslar ştata görə dəyişə bilər. Əgər varsa, recruiter-ə göstərərək kontrakta əlavə etdirin.

Təhsil borcu və əlavə üstünlüklər

Əgər ABŞ-da kollec və ya universitet oxumusunuzsa və təhsil borcunuz varsa, bunu kontrakta daxil etdirməyə çalışın ki dövlət həmin borcu ödəsin.

Kontrakt müddəti (3 il vs 6 il)

Sizin 3 və ya 6 illik kontrakt imzalamaq hüququnuz var. Sizə fərqli məlumat verilsə belə buna inanmayın. Əgər sizə seçim verilmirsə, etiraz edin, lazım gələrsə MEPS-dən çıxın və şikayət edin. ABŞ-da heç kim sizi istəmədiyiniz müqaviləyə məcbur edə bilməz.

Active Duty vs National Guard fərqləri

Active Duty-də kontrakt müddətinə təlim (bootcamp və AIT) dövrü də əlavə olunur. Məsələn, 3 il + təxminən 26 həftə kimi hesablanır və bu normaldır.

National Guard-da isə kontraktı imzaladıqdan sonra Basic Training-ə gedənə qədər keçən vaxt kontraktdan sayılır. Air Force-da bu qayda fərqli ola bilər. Active Duty-də isə adətən çox tez bir zamanda təlimə göndərilirsiniz.

GI Bill və 90 gün aktiv xidmət məsələsi

6 illik kontrakt imzaladıqda GI Bill və ilkin ödənişsiz ev alma kimi üstünlüklər əldə edirsiniz. Amma bunun üçün minimum 90 gün aktiv xidmətiniz olmalıdır. Bu aktivlik üçün ayrıca müraciət etməlisiniz və adətən bu, 90–270 gün arası aktiv xidmətdə qalmaq deməkdir. Bu proses deploy riskinizi də artıra bilər.

Unit seçimi (National Guard üçün çox vacibdir)

Gedəcəyiniz unit-in evinizə yaxın olmasına diqqət edin, çünki ayda bir neçə dəfə ora getməli olacaqsınız. Bəzi unitlər, məsələn infantry unitlər, daha çox deploy olunur. Buna görə həm məsafəni, həm də risk səviyyəsini nəzərə alın.

Army Reserve məsafə problemi

US Army Reserve-də bazalar çox vaxt ştatdan uzaqda olur və bəzən 4–7 saat yol getməli olursunuz. Bunu əvvəlcədən nəzərə alın.

Active Duty option seçimləri

Active Duty kontraktlarında əlavə option-lar olur və siz adətən 3 seçim etməlisiniz. Bunlara airborne (paraşüt təlimi), ranger proqramı, Alaska kimi yerlərə göndərilmə və ya deploy olunacağınız ölkələri seçmək daxildir. Bu seçimləri ağıllı edin ki özünüzü riskli bölgələrdə tapmayasınız.

Deploy və Veteran statusu

ABŞ xaricinə deploy olunduğunuz anda veteran statusu alırsınız və bu, ABŞ-da çox dəyərli statusdur.

BAH (kirayə pulu) fərqləri

National Guard-da evli olmasanız belə, əgər kirayə müqaviləsində adınız varsa BAH ala bilərsiniz. Active Duty-də isə bu yalnız evli şəxslərə verilir.

MOS seçərkən risklər

MOS seçərkən diqqətli olun. Bəzi sahələr daha çox deploy riski daşıyır. Məsələn, siqnal, raket və ya truck driver kimi sahələrdə riskli bölgələrə göndərilə bilərsiniz.

Təhlükəsiz strategiya

Ən təhlükəsiz yanaşma əvvəlcə 3 illik kontrakt imzalamaq və sonradan 6 ilə uzatmaqdır. Bu zaman üstünlük sizdə qalır və gələcəkdə daha yaxşı şərtlər tələb edə bilərsiniz.

Vacib qayda

İmza atana qədər seçim sizin əlinizdədir. İmza atdıqdan sonra şərtlər dəyişmir. Buna görə qərarınızı tələsmədən və bütün detalları yoxladıqdan sonra verin.